Ermənistanın Baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə yola düşüb.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bu gün Tehranda İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimində iştirak edəcək.
Qeyd edək ki, bu gün səhər saatlarından İranda Əli Xameneinin vida mərasiminə start verilib. Günün birinci yarısında ictimaiyyətin iştirakı ilə vida mərasimi keçiriləcək, günün ikinci yarısında isə mərasimə yüksəksəviyyəli xarici nümayəndə heyətləri qoşulacaq. Proqrama əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.











