Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qeyd olunur ki, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.
Həmçinin, ADSEA əlavə edib ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etməyiniz tövsiyə olunur.












