İran və Oman Hörmüz boğazını müzakirə etdi

Maskatda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, naviqasiya azadlığının təmin edilməsi və Tehranla Vaşinqton arasında artan gərginlik fonunda bölgədəki vəziyyətə dair Oman və İran arasında danışıqlar keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Oman nümayəndə heyətinə xarici işlər naziri Bədr bin Həmid Əl-Busaidi, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.

Açıqlamada qeyd olunub ki, tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə zəruri razılaşmaların əldə olunması məqsədilə danışıqların texniki və siyasi səviyyələrdə davam etdirilməsi barədə razılığa gəliblər.

Gununsesi.info