Yüksək vəzifəli Əməkdar jurnalistə ağır itki

Əqli Mülkiyyət Agentliyi idarə heyətinin sədrinin müşavirinə ağır itki üz verib. 

Gununsesi.info Manset.az -a  istinadən xəbər verir ki, qurumun sədrinin müşaviri, Əməkdar jurnalist Akif Təvəkküloğlunun anası Suğra Nəsirova bu gün səhər saatlarında vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum bu gün İmişli rayonunda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Akif Təvəkküloğlu Azərbaycanın tanınmış jurnalistidir. O, uzun illər AzTV-də ictimai-siyasi verilişlərin aparıcısı olub, daha sonra 15 ildən çox Milli Məclisin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Gununsesi.info