Deputatlar məzuniyyətə yollandılar

  • By Admin2
  • 14 İyul 2026 12:25

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Gununsesi.info xəbər verir ki, növbədənkənar sessiya çərçivəsində ümumilikdə 8 plenar iclas keçirilib.

Beləliklə, deputatlar bu gündən etibarən məzuniyyətə yollanırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Payız sessiyası sentyabrın 30-da başlayacaq.

Gununsesi.info