Deputat: Almaniya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir

  • Müəllif: Orxan
  • 22 İyul 2026 18:29

Deputat Əli Məsimli Almaniyanın Azərbaycanın Avropadakı əsas iqtisadi və siyasi tərəfdaşlarından biri olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqaz üzrə ən iri ticarət tərəfdaşlarından biridir. Son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,7 dəfə artıb.

Əli Məsimli qeyd edib ki, Azərbaycan Almaniyaya əsasən xam neft, neft məhsulları və qaz ixrac edir. Qeyri-neft məhsulları arasında isə fındıq və qurudulmuş meyvələr üstünlük təşkil edir. Almaniyadan Azərbaycana isə yüksək texnologiyalı maşınlar, sənaye avadanlıqları, avtomobillər, elektronika və əczaçılıq məhsulları idxal olunur.

Deputat həmçinin hesab edir ki, iqtisadi əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir və qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq.

Elmar

Gununsesi.info