Qərb ədalətli rəqabətdən qorxduğu və çətin mövqelərini qorumaq istədiyi üçün Rusiya cəmiyyətində nifaq salmağa çalışır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-ın baş direktoru Andrey Kondraşovla müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb liderləri yenidən Rusiyanın “strateji məğlubiyyəti”ndən danışırlar.
“…onlar (Qərb ölkələrinin liderləri ) Avropada hər cür anti-Rusiya cəmiyyətləri təşkil edən köçkünlərimizi fəal şəkildə dəstəkləyirlər, Rusiya Federasiyasının parçalanması üçün bir növ gizli mübarizəni davam etdirmək üçün vəsait toplayırlar”, – deyə Lavrov qeyd edərək, Qərbin bunu gizlətmədiyini vurğuladı.
Maqsud










