9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

  • Müəllif: Firuzə
  • 30 İyul 2026 12:20

9 illik təhsil bazasında kolleclərin ixtisas seçimi avqustun 3-dən 9-dək aparılacaq.

Bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

Gununsesi.info