Ukraynanın PUA zərbələri “Wildberries”ə milyardlarla rubl zərər vurdu

Ukrayna Ordusunun Rusiyanın ən böyük onlayn satış platformalarından biri olan “Wildberries”in loqistika mərkəzlərinə endirdiyi pilotsuz uçuş aparatı zərbələri şirkətə və platformada fəaliyyət göstərən sahibkarlara ciddi zərər vurub.

Gununsesi.info-nun”Forbes”ə istinadən məlumatına görə, ilkin hesablamalara əsasən, platformada satış həyata keçirən yüz minlərlə sahibkarın ümumi itkiləri 280 milyard rublu (təxminən 3,2 milyard dollar) keçə bilər.

Bildirilib ki, son zərbə Vladimir vilayətində yerləşən loqistika mərkəzinə endirilib. Bu obyekt şirkətin ən böyük 15 loqistika mərkəzindən zərbəyə məruz qalan 12-ci mərkəz olub. Həmin obyektlərdən 9-u ciddi zədələnib, bəziləri isə fəaliyyətini tam dayandırıb.

Məlumata görə, zədələnmiş loqistika infrastrukturunun bərpası üçün azı 80 milyard rubl sərmayə tələb olunur.

Zərərçəkən sahibkarlar isə anbarlarda saxlanılan mallarının yandığını və şirkətin dəymiş zərərə görə onlara hər hansı ödəniş etmədiyini bildirirlər.

 

 

Afət

Gununsesi.info