Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Nazimovun bacısı və qardaşının iştirak etdiyi faciədən sonra Taylanddakı rusiyalı turistlərə ehtiyat tədbirləri görmələrini tövsiyə edib.
Gununsesi.info Trend- in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.
ATOR səyahətçilərə bələdçi olmadan kurort ərazilərindən və turistik yerlərdən uzaqlaşmamağı və həmişə əlaqə saxlamağı tövsiyə edib.
Tur operatorları Tayland hökumətinin təhlükəsizliyi gücləndirmək təşəbbüsünü tərifləyərək, bunun ölkənin təhlükəsiz bir yer kimi nüfuzunun möhkəmləndirilməsinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
Assosiasiya vurğulayıb ki, Tayland kurortlarında vəziyyət ümumilikdə sakitdir və cinayət hadisələri olduqca nadirdir, lakin bunları tamamilə istisna etmək olmaz.
Maqsud











