Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq: “Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək”.
Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.












