“Barselona”nın sabiq baş məşqçisi Xavi Niderland millisinin baş məşqçisi təyin olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
46 yaşlı ispaniyalı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Xavi Niderland millisində baş məşqçi postunda Ronald Kumanı əvəz edib. Kuman 2026-cı il dünya çempionatından sonra millidən ayrılıb.
Xavi 2021-2024-cü illərdə “Barselona”ya rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə Kataloniya klubu İspaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb.











