Necə olur ki, üç yüz min insan olmazın müsübətlərilə öz ata-baba torpağından didərgin salınır, milyondan artıq soydaşımız el-obasından köçkün düşür, şəhərlər, kəndlər viran edilir, otuz min günahsız insan qətlə yetirilir, genosidə məruz qalırıq, otuz il demək olar ki, hər gün şəhid tabutu qarşılayırıq, məmləkətin hər bir guşəsində qıpqırmızı bəzənmiş şəhid məzarlarını ziyarət edirik və soyu soyumuzdan olan bəzi soydaşlarımız atılıb ortaya bu qədər müsübətdən sonra “xalqlar dostluğundan” dəm vurur.
Yəni bu qədər unutqanıq?
Fikrimcə, yanaşma unutqanlıq məsələsi deyil. Məqamın alt qatında daha ciddi mətləblər var. Hətta unutqanlığa meyilliyimizi kölgədə qoyan məkr.
Aydındır ki, hər bir toplumun etno-psixoloji xususiyyətləri əsrlərlə formalaşma süzgəcindən geçir. Ermənilərin etno-psixoloji məziyyətləri də zamanla formalaşma prosesindən keçib. Amma unutmaq olmaz ki, onlar uzun zaman dolanbaclarında əzəli mentallığı məharətlə hifz etməyi bacarıblar.
Yaşadıqları Yaxın Şərq arealında əsrlər boyu mövcud olan xalqların qurduqları dövlətlərin tərkibində öz toxunulmazlıq statuslarını instiktiv olaraq qorumağı bacarıblar. Qədim və orta əsrlər dönəmində tarixdə heç vaxt dövlət qura bilməyən erməni toplumu daim güclülərin yanında özlərini sadiq və dəstəkçi imicində göstərməyi bacarıb. Əslində bu məsələnin görünən tərəfidir. Tarixə az-çox bələdçiliyi olanlar onların böyük imperiyaların tərkibindəki toxunulmazlıqlarının hiyləgərliklərindən doğduğunu dəqiq bilir. Və bu hiyləgərliklər məcmusunda ən əsas detal ənənəvi erməni bicliyidir..
Onlar harada yaşayırsa, hansı xalqın içərisində məskun olurlarsa mütləq həmin əksəriyətin daxilində güclü dayaqlar qurmağı erməniliyin əsas şərti bilirlər. Özü də bu işi o qədər ustalıqla görürlər ki, səpdikləri toxumların bəhrəsindən qərinələr boyu yararlanırlar. Ermənilər əsasən hakimiyyətdə olan, əlində səlahiyyət və var olan yerli sakinlərə, aborigenlərə loyal münasibət göstərir, lakin həyatın dibində qayğılar məngənəsində əzilənlərə “dayaq” durmağa daha çox önəm verirlər.
Yaxın tarixə nəzər salaq.
Sovet dönəminin 70-80-ci illərində on minlərlə istedadlı gənclərimiz 40 dərəcə istidə pambıq tarlalarında başlarının yağı qaynayanda, üzüm bağlarında tər tökəndə məhz erməni hiyləgərliyi Ermənistanda yaşayan hansısa fərd üzərində seçim edir, uzun əllərindən, əlaqələrindən istifadə edərək həmin gəncin Bakıda ali məktəbə daxil olmasına nail olur. Pul-para təminatında “təmənnasızcasına” səxavətlilik göstərir. Maddi ehtiyaclar məngənəsində sıxılan ailəyə yardım edirlər. Hətta sonrakı mərhələlərdə öz əlaqələrini işə salıb, karyera yüksəlişində təminatçı rolu oynayırlar. Nəticə etibarı ilə seçilmiş fərdi çətinlikdən qurtaran erməni dəstəyi gələcəkdə onu erməni təəssübkeşliyinin potensial daşıyıcısına çevririr. Onlar sonradan gəlib, məskunlaşdığı ərazilərdə yerli xalqların həyat baxışlarını, dünya görüşlərini mükəmməl öyrəndiklərindən qoyduqları sərmayənin itib-itməyəcəyini illər öncəsindən böyük əminliklə təxmin edə bilirlər.
“Çörək itirməyənlər” nə vaxtsa ən azından hansısa məqamda borcluluq prinsipindən doğan öhdəliyə sadiqlik göstərməsi sadə məntiq qanunları çərçivəsindədir.
Ermənilər düşdükləri ərazidə ehtiyacları öyrənərək məşğuliyyətlərini qısa zaman çərçivəsində yönəltməyi bacarır. Tiflisdə erməni pinəçilərinin bütöv məhəllə sıralaması 30-40 il əvvəl bu şəhərə bələdçiliyi olanların yaxşı yadındadır. Moskvada zərgərlik və qiymətli daş-qaş məmulatlarının alqı-satqısını inhisara aldıqları, Rastovda cibgirlik etdiklərini, fransada iaşə sahəsində dominatlıq göstərdiklərini heç kəs inkar edə bilməz.
ABŞ dəki erməni biznesmenliyi, Uruqvaydakı pornosənaye maqnatlığı, Livandakı terror dəstəkçiliyi, Piterdə tarixi saxtakarlığa məruz qoyma cəhdində bulunan “erməni akademikliyi” məhz onların etno-psixologiyasındakı məqamlardan qaynaqlanır. Yeri gələndə saxta şüvənlik, həyasızlıq nümayiş etdirməyi məharətlə bacarırlar. Cilddən cildə düşmək, riyakarcasına məqsədə doğru addımlamaq erməniliyin atributudur. Məqsəd üçün sərmayə yatırmaq, saxta erməni yaxşılığı formalaşdırmaq yolunda vəsait xərcləməkdən əsla çəkinmirlər.
Çox təəssüf ki, bu gün ölkəmizdə bəziləri Paşinyadan demokrat düzüb-qoşmağa cəhd edir. Bu o Nikol idi ki, Şuşada yallı gedirdi, bu o Nikol idi ki, Soçidə “Qarabağ Ermənistandır” deyirdi.
Azərbaycan ordusunun, Azərbaycan diplomatiyasının qarşısında indi yaxın keçmişdə dediklərini korrektə etmək məcburiyyətində qalan Nikol erməniliyini dəyişməyib, sadəcə siyasətini dəyişmək məcburiyyətində qalıb.
Son hadisələrlə bağlı etizaza gəlmiş bəzi “sülh, dostluq carçıları” yüz illərdir mövcud olan erməni hiyləgərliyinin, sadizminin bir andaca yox olması nağılına özləri inana bilər, amma cəfəng iddalarını cəmiyyətə sırımağa cəhd etməsələr yaxşıdır.
Heç kəs unutmasın ki, bizim hələ də işğal altında olan torpaqlarımız var. Zəngəzur, Göyçə, Şərur Dərələyəz erməninin bizə vurduğu yüz milyardlarla ziyan əvəzi təzminat kimi ödənilərsə onda bizim son 5 rüb zaman kəsiyində erməni quldurlarının əli ilə qətlə yetirilmiş iki yüz min şəhidlərimizin ruhu dinclik tapar.
Pərviz Yəhyalı
Gununsesi.info



