Paşinyan Armen Qriqoryanın adamını da işdən çıxardı

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 09:48

Ermənistan mətbuatı Təhlükəsizlik Şurasının katibi vəzifəsindən kənarlaşdırılan Armen Qriqoryanla bağlı mövzuya dair müzakirələri davam etdiri.

Gununsesi.info xəbər verir ki, “Joğovurd” qəzetinin araşdırması zamanı Baş nazir Nikol Paşinyanın Armen Qriqoryana hansı vəzifəni təklif etdiyi məlum olub. Paşinyan Qriqoryana Baş nazirin baş müşaviri vəzifəsini təklif edib, lakin Təhlükəsizlik Şurasının eks-katibi bu postan qəti şəkildə imtina edib.

Armen Qriqoryan onun əvəzlənməsi ilə bağlı qərarın qəbul edilməsindən narazı qalıb.

Bu arada Nikol Paşinyan daha bir addım atıb. O, Armen Qriqroryanın ardınca Təhlükəsizlik Şurası Aparatının rəhbəri Anahit Şirinyanı da işdən çıxarıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Alen Simonyanı dünən qurumun kollektivinə heyətinə təqdim edib.

Gununsesi.info