BƏƏ-də raket təhlükəsi: əhaliyə xəbərdarlıq edildi

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 20:54

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin raket təhlükəsi aşkarladığını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.

Ölkənin Daxili İşlər Nazirliyi də əhaliyə potensial raket təhlükələri ilə bağlı telefon xəbərdarlığı göndərib.

“Hazırkı vəziyyətlə əlaqədar potensial raket təhlükələri mövcuddur. Dərhal ən yaxın təhlükəsiz binada qorunan yerə keçin”, – xəbərdarlıqda bildirilib.

Gununsesi.info