“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 15:52

“Çevik” ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.

Qeyd edək ki, Məqsəd Bağırov bu ilin iyul ayının sonunda sosial şəbəkələrdə qeyri-etik davranışlar və yayımlara görə polis tərəfindən saxlanılaraq 10 sutka inzibati həbs edilib.

Gununsesi.info