Ulyanovsk vilayətində yüngül təyyarənin sərt enişinə tarlalar arasında uçarkən ağaclara çırpılması səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi Max mesajlaşma tətbiqindəki kanalında məlumat verib.
Agentliyin məlumatına görə, hadisə sentyabrın 22-də Maynski rayonunun Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Təyyarə tarlaya sərt eniş edib və zədələnib. Pilot müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
“Kənd təsərrüfatı işləri aparan təyyarə tarlalar arasında uçarkən ağaclara çırpılıb, daha sonra hündürlüyü itirərək sərt eniş edib”, – deyə açıqlamada bildirilir.
Müstəntiqlər pilot səhvi ehtimalını araşdırır. Şahidlər dindirilir, məhkəmə-tibbi ekspertizası təyin edilib və təyyarənin texniki vəziyyəti müəyyən edilir.
İdarədən dəqiqləşdirilib ki, hava nəqliyyatı təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Maqsud












