Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi “Ambrey” dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, ticarət gəmisi Oman ərazisində, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkət edərkən mərmi ilə vurulub.
Məlumata əsasən, zərbədən sonra gəmidə yanğın başlayıb. Yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı gəminin adı, ekipaj üzvlərinin vəziyyəti və zərbənin kim tərəfindən endirildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmilərinə qarşı bir sıra insidentlər qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) sentyabrın 23-də boğazda ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu, gəminin yandığını və ekipajın təxliyə edildiyini açıqlamışdı.












