Tanınmış iqtisadçı-alim Qubad İbadoğluunun Azərbaycandan çıxışına qoyulan məhdudiyyət götürülüb və o, bu gün səhər saatlarında ölkəni tərk edərək Almaniyaya uçub.
Bu barədə Gununsesi.info-ya onun vəkili Zibeydə Sadıqova bildirib.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlu müayinə, müalicə və əməliyyatını Almaniyada etdirmək üçün ölkədən buraxılıb: ”Səhhəti ağırlaşmışdı. Biz də müraciət etdik. Barəsində olan qətimkan tədbiri dəyişdirildi”.
Xatırladaq ki, Qubad İbadoğlu, hakimiyyət orqanlarının türk ruhanisi Fətullah Gülənin tərəfdarları ilə bağlı apardığı istintaqın bir hissəsi olaraq 2023-cü il iyulun 23-də həbs edilmişdi.
O, əvvəlcə mütəşəkkil qrupun tərkibində saxta pul və ya qiymətli kağızların istehsalı, əldə edilməsi və ya yayılmasında günahlandırılıb. Daha sonra dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılmasında ititham olunub.
2024-cü ilin aprelində o, səhəttinin kəskin pisləşməsi səbəbindən ev dustaqlığına buraxılıb.
Firuzə Mahmudova












