Gununsesi.info “Report”a istinadən xəbər verir ki, nümayəndə heyətinin səfəri Aİ-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Aİ-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.
Ötən gün COEST nümayəndə heyəti Ermənistana səfər edib və hökumət nümayəndələri ilə görüşlər keçirib. Xüsusilə Ermənistan və Aİ arasında münasibətlərin gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi, Strateji Tərəfdaşlıq Gündəliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat bağlantısının inkişafı müzakirə olunub.
Ermənistan tərəfi, həmçinin nümayəndə heyətinə Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması üzrə addımları və Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar yaranmış regional əməkdaşlıq imkanlarını təqdim edib.
COEST Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən Ermənistan və Azərbaycanla münasibətlər üzrə fəaliyyətini hazırlayır və əlaqələndirir, habelə bu dövlətlərlə bağlı siyasi məsələlər üzrə Şuranın mövqelərini hazırlayır.












