Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Gununsesi.info-nun Report-a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.












