Bakının bu küçəsi avtomobillərin hərəkətinə bağlandı

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 23:33
Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Gununsesi.info