13 yaşlı qız əkiz uşaq dünyaya gətirdi: körpələrdən biri öldü

  • Müəllif: Orxan
  • 02 Oktyabr 2026 13:35

Gürcüstanın Marneuli şəhərində 13 yaşlı Azərbaycan vətəndaşının əkiz uşaq dünyaya gətirməsi ilə bağlı araşdırma başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan mediasında məlumat yayılıb.

Gürcüstanda yaşayan ictimai fəal Samirə Bayramova məlumatı təsdiqləyib. O, Marneulidəki doğum evində 13 yaşlı qızın əkiz uşaq dünyaya gətirdiyini, yenidoğulanlardan birinin ötən gecə öldüyünü, digər körpənin isə vəziyyətinin ağır olduğunu deyib. S.Bayramova əlavə edib ki, qızın ərə getdiyi oğlan ondan yaşda qat-qat böyükdür.

Klinikadan isə bildirilib ki, hadisə ilə bağlı dərhal müvafiq tədbirlər görülüb və qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib.13 yaşlı qız klinikadan evə buraxılıb və onun vəziyyəti qənaətbəxşdir.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır.

Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsi üzrə həyata keçirilir. Bu maddə 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə cinayət məsuliyyəti nəzərdə tutur.

Gununsesi.info