prezidenti, akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsindəki texniki təminatla bağlı yayılan iddialara münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, jurnalistlərə açıqlama verən AMEA prezidenti şöbənin bütün əməkdaşlarının kompüterlə təmin olunduğunu bildirib:
“Nəsimi adına Dilçilik İnstitutunda milli dil korpusu layihəsini həyata keçiririk. Bunun üçün adi kompüter deyil, daha böyük tutuma malik olan superkompüterlər lazımdır. Şöbənin bütün əməkdaşlarının kompüteri var. Amma superkompüterləri sifariş vermişik, bu yaxınlarda gətiriləcək”.
Qeyd edək ki, bundan əvvəl Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov açıqlamasında rəhbərlik etdiyi şöbədə dörd işçinin kompüterinin olmadığını və həmin əməkdaşların işə evdən notbuk gətirdiklərini bildirmişdi.










