Bank of Baku müştərisi narazıdır: “İnsafsızlıq edirlər”

Vətəndaş “Bank of Baku”nun kredit kartı üzrə tətbiq etdiyi faiz və komissiyadan şikayət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

“Bank of Baku-nun kredit kartına 1700 manat ödəməli idim. Ayın 30-na kimi ödəniş etməli olduğumu düşünürdüm, lakin tarixi səhv salmışam və ayın 1-i səhər ödənişi etmişəm. Buna görə bir günə 70 manat faiz çıxıb.

Bununla ikinci dəfədir insafsızlıq edirlər. ‘Plus’da əvvəllər hər 100 manata nağdlaşdırma 1 manat 50 qəpik idi, indi isə 2 manat 50 qəpik ediblər.

Bu gündən onlarla əlaqəni kəsmək istəyirəm”.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.