Azərbaycanda ilk meyitdən ürək köçürülən xəstə vəfat edib

  • Müəllif: Firuzə
  • 13 Oktyabr 2026 14:04

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.

Gununsesi.info