Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında mülki infrastruktura qarşı son hücumlar nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına, eləcə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.
XİN hücumlar nəticəsində yaralananlara tezliklə və tam sağalmalarını arzulayıb, həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyib.
Qeyd edək ki, son bir neçə gün ərzində husilər Səudiyyə Ərəbistanında 5 hava limanına hücum edib. Nəticədə 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb.












