Xəbər verdiyimiz kimi, Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.
Məsələyə münasibət bildirən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, məktəblərdə TikTok-un qadağan edilməsi valideyinləri arxayın salmamalıdır.

“Problemə daha geniş yanaşmalıyıq. Çünki uşaqların sosial şəbəkələrlə təması yalnız məktəblə məhdudlaşmır. Söhbət onların yaşına və psixoloji inkişafına uyğun olmayan rəqəmsal mühitdən qorunmasından gedir”,-deyə o əlavə edib.
O vurğulayıb ki, bu qadağa müəyyən addımdır:
“Lakin, sosial şəbəkələrdə qeydiyyat yaş senzisi əsasında tənzimlənməli, yaş məhdudiyyətləri isə kağız üzərində qalmamalıdır.
Uşaqların müdafiəsi yalnız məktəbin üzərinə qoyula bilməz. Burada valideyinin, sosial media platformalarının və cəmiyyətin də məsuliyyəti var”.
Şəbnəm











