“Polşa Krakov şəhərində baş vermiş qanlı silahlı hücumdan sonra Azərbaycandan göstərilən dəstəyə görə təşəkkür edib”.
Gununesi.info xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.
Səfirlik Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova faciə ilə əlaqədar başsağlığına, eləcə də ifadə etdiyi dəstək və həmrəyliyə görə minnətdarlığını bildirib.
Açıqlamada həmçinin Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvlərinə Polşaya göstərdikləri dəstək və həmrəyliyə görə təşəkkür edilib.
Səfirlik Polşanın bu ağır günlərində göstərilən diqqət və dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.














