Tərləməyə qarşı əməliyyatlar niyə icbari sığortaya daxil edilməyib?

Hiperhidrozun – həddindən artıq tərləmənin cərrahi müalicəsində tətbiq olunan Endoskopik Torakal Simpatektomiya (ETS) və Endoskopik Lumbar Simpatektomiya (ELS) əməliyyatlarının icbari tibbi sığorta hesabına qarşılanıb-qarşılanmaması məsələsi maraq doğurur.

Gununsesi.info -nun məlumatına görə, əl tərləməsinin müalicəsində tətbiq olunan Endoskopik Torakal Simpatektomiya (ETS), eləcə də ayaq tərləməsinin aradan qaldırılması üçün icra edilən Endoskopik Lumbar Simpatektomiya (ELS) əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Bu isə o deməkdir ki, sözügedən əməliyyatlara ehtiyacı olan vətəndaşlar onların xərcini öz vəsaitləri hesabına ödəməlidirlər.

Qeyd edək ki, hiperhidroz insanın gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə ciddi təsir göstərə bilən sağlamlıq problemidir.

 

Vüsal Artyom

Gununsesi.info