İranda turistlər Məhərrəm ayında əyləndikləri üçün vəhşicəsinə döyüldülər - VİDEO

  • Müəllif: admin
  • 24 İyul 2023 09:12

İranın Semnan və Mazandaran  əyalətlərinin arasında yerləşən Opert qəsəbəsində istirahətə gələn turistlər hökumət qüvvələrinin hücumuna məruz qalıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Repressiv hökumət qüvvələri turistləri Məhərrəm ayında əyləncə keçirdikləri bəhanəsilə vəhşicəsinə döyüblər.

Məlumata görə, dəyənəklərlə döyülən turistlər hazırda xəstəxanadadırlar.

Gununsesi.info