Ağstafada piyadanı maşın vuraraq öldürüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.









