Abbas Əraqçi Azərbaycana səfər edəcək

  • Müəllif: Ayshan
  • 07 Dekabr 2025 11:34

Bu gün İranın İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edəcək.

Gununsesi.info  xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək iranlı nazir qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edəcək.

Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.

Gununsesi.info