ABŞ-da ilk dəfə koronavirusa təkrar yoluxma qeydə alınıb

  • By admin
  • 29 Avqust 2020 22:30

Nevada ştatının Rino şəhərində yaşayan 25 yaşlı kişi ABŞ-da koronavirusa təkrar yoluxmuş ilk ölkə vətəndaşı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nevada ştatının alimləri tərəfindən hazırlanan məqalədə məlumat verilir.

18 aprel tarixində adı mətbuata açıqlanmayan şəxsə koronavirus infeksiyası diaqnozu qoyulub, lakin 27 aprelə qədər simptomlar itib.

Doqquz və 25 may tarixlərində aparılan iki testin nəticələri də mənfi çıxıb.

Ancaq 28 may tarixində xəstə yenidən COVID-19-a yoluxub.

Koronavirusa yoluxma nəticəsində, onda daha ağır xəstəlik inkişaf edib. Virusun genomunun ardıcıllığı ikinci infeksiyanın birincidən fərqli olduğunu göstərib.

Bu, dünyada koronavirusa təkrar yoluxma üzrə dördüncü haldır.

 

Gununsesi.info