İngiltərə Super Kubokunun qalibi bəlli oldu

  • Müəllif: admin
  • 29 Avqust 2020 22:11

Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Uembli” stadionunda İngiltərə çempionu “Liverpul”la “Arsenal” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb – 1:1.

Penalti seriyasında daha dəqiq olan “Arsenal” 5:4 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb.

 

 

Gununsesi.info