ABŞ-İran nüvə məktub böhranı: Ərəb ölkəsi müdaxilə edəcək

  • By Admin2
  • 12 Mart 2025 12:21

Tehran ABŞ prezidenti Donald Trampın qeyd etdiyi məktubla bağlı açıqlama verib.

Gununsesi.info İranın xarici işlər naziri Abbas Arakçi ABŞ prezidenti Donald Trampın məktubunu bir ərəb ölkəsinin Tehrana çatdıracağını bildirib.

Tramp ötən həftə Fox Business Network-ə verdiyi müsahibədə İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmağa üstünlük verdiyini bildirib.

“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, – Tramp bildirib.

Tramp deyib: “Ancaq indi vaxt gəlir. Bu və ya digər şəkildə nəsə baş verəcək. İran danışıqlar aparmasa, bu, onlar üçün çox çirkin olacaq. Alternativ odur ki, biz nəsə etməliyik, çünki siz onların nüvə silahına sahib olmasına icazə verə bilməzsiniz. Başqa variantlar da var”. 

İran Trampdan sonra məktubun onlara çatmadığını açıqlayıb.

Orxan

Gununsesi.info