ABŞ və Çinin böyük büdcə kəsiri

  • By Mina
  • 18 Aprel 2024 15:41

ABŞ və Çinin böyük büdcə kəsiri inflyasiyanı artırır və qlobal iqtisadiyyatı əhəmiyyətli risk altına qoyur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşr BVF-nin hesabatına istinadən yazır ki, gələn il Amerika büdcə kəsirinin 7,1% civarında olacağı proqnozlaşdırılır. Bu da iqtisadi cəhətdən inkişaf etmiş digər ölkələrlə müqayisədə 2 dəfə çoxdur.

Çində bu rəqəm 7,6% təşkil edir.

“Birləşmiş Ştatlar və Çin fondun xərclər və gəlirlər arasındakı əsas disbalansı aradan qaldırmaq üçün siyasət tədbirlərinə ciddi ehtiyac duyduqlarına inandığı 4 ölkə arasındadır”, – materialda deyilir.

Gununsesi.info