ADSEA kollektivi Şəhidlər xiyabanını ziyarət edib — FOTOLAR

  • Müəllif: Firuzə
  • 20 Yanvar 2026 18:40

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Gununsesi.info