Ağaclar da danışa bilir

Elə bilirsiniz ən unikal canlı olan ağaclar öz aralarında ünsiyyət qura bilmirlər? Yanılırsınız.

Gununsesi.info xəbər verir ki, çoxsaylı tədqiqatlar ağacların informasiya mübadiləsinin fakt olduğunu sübuta yetirir.

HTML tutorial

Məsələn Afrikada bitən akasiyalar. Bu ağacın yarpaqlarını zürafələr çox sevir. Akasiyaların da buna öz reaksiyası formalaşıb. Zürafənin yaxınlaşdığını hiss edən akasiya digər ağaclara da etilen ifraz edərək informasiya ötürür. Etilen rəngsiz şirin ətirli qazdır. Digər akasiyaya tanin maddəsi ifraz etməyə başlayırlar.

Tanin ağız büzən və zürafələr üçün çox ağır dadı olan maddədir. Onu çox ifraz etmək ağacın özü üçün də zərərlidir. Odur ki, proses yalnız təhlükə hiss edəndə baş verir. Yəni akasiyalar səfərbər olub özlərini və yarpaqlarını bu yolla mühafizə edirlər.

Gununsesi.info