Ağır əməliyyat keçirən Ağadadaş Ağayevdən XƏBƏR VAR - FOTOLAR

  • By admin
  • 18 May 2021 12:31

Xalq artisti Ağadadaş Ağayevin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Gununsesi.info xəbər verir ki, bir neçə gün əvvəl Türkiyədə 5 saatlıq ağır əməliyyat keçirən Xalq artistinin səhhəti barədə aparıcı Hacı Nuran Hüseynov İnstaqramda məlumat verib. O, A.Ağayevlə fotosunu paylaşaraq müğənninin səhhətinin yaxşı olduğunu bildirib:

“Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum… Sən milyonların duasına layiq oğulsan”.

 

Gununsesi.info