Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib

  • By ilhame
  • 17 İyun 2024 20:34

Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

 

Gununsesi.info xəbər verir ki, bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

 

“Son il yarım ərzində biz Avropa ərazisində, əsasən Polşa, Almaniya, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, – van der Laan bildirib.

 

Onun sözlərinə görə, təlim proqramı il yarım əvvəl başlayıb və təşkilat bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir.

Gununsesi.info