Aİ İrana qarşı sanksiyaları bərpa etdi

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 13:37

Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların qismən bərpa olunduğunu elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.

“Bu gün Aİ Şurası 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının qüvvəyə minməsindən sonra dayandırılmış İranın nüvə fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib”, – bəyanatda deyilir.

Bildirilir ki, tədbirlər, xüsusən, fiziki şəxslər üçün şəxsi məhdudiyyətlərə və ticarət, maliyyə və nəqliyyat sektorlarına qarşı sanksiyalara aiddir.

 

Gununsesi.info