Allahşükür Paşazadə: “Gürcüstan ən ağır günlərdə həmişə Azərbaycanın yanında olub”

“Gürcüstan hər zaman ağır günlərdə, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın yanında olub”.

Gununsesi.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan Ermənistandan fərqli olaraq öz müqəddəratlarını məhz özləri müəyyən edirlər.

Gürcüstan Patriarxı II İlya ilə münasibətlərinə toxunan QMİ sədri dini liderin dostluq və qardaşlıqda sadiq adam olduğunu deyib: “II İlya həzrətləri həmişə Azərbaycanın yanında olub, həm Gürcüstan daxilində və xaricində bizi, Azərbaycanın haqq işini dəstəkləyib. Buna görə də Azərbaycan və dövləti ona minnətdardır”.

Gununsesi.info