Almaniya bu uçuşlara məhdudiyyət qoyub

  • By ilhame
  • 18 Aprel 2024 19:23

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.

 

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, açıqlamada bu təşəbbüsün Yaxın Şərqdəki vəziyyətlə bağlı olduğu bildirilib.

 

Qeyd edək ki, Almaniya daha əvvəl də Tehran və Beyruta uçuşları ləğv etmişdi.

Gununsesi.info