
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ç.Atalov küçəsində fiziki şəxs Fəryad Fərhad oğlu İbrahimova məxsus “Fəryad” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.
Agentlikdən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.