Avropa Şurasından Azərbaycana yeni çağırış

  • By admin
  • 06 İyun 2023 15:55

Avropa Şurası İnsan Alveri ilə Mübarizə Qurumu Azərbaycana çağırış edib.

Avropa Şurasından Gununsesi.info-ya verilən məlumata görə, qurum rəsmi Bakını Azərbaycanda insan alveri qurbanlarının daha yaxşı aydınlaşdırmağı, təzminat ödənilməsi və digər əlaclara əlçatımlı olmağa kömək etməyə səsləyib.

Bu barədə Strasburqda bu gün yayımlanan hesabatda bildirilir.

Hesabata yazılanlara görə, insan alveri ilə mübarizəyə yönəlik qanuni, strtukturlu  və siyasi dairənin daha da genişlədilməsi, fərqindəliyin artırılması və aidiyyatı peşəkarlara təhsl verilməsi kimi bəlli sahələrdə irəliləmə qeyd edilib.

Sənəddə, həmçinin  Azərbaycanın insan alveri qurbanları üçün Yardım Mərkəzinin insani və maliyyə qaynaqlarının gücləndirilməsi yazılır.

Hesabatda insan qaçaqmalçılığı çəkişmələrində verilən məhkəmə cəzalarının sayındakı artımı məmnuniyyətlə qarşıladığını bildirir.

Ancaq hesabatda o da deyilir ki, Azərbaycanda bir sıra yaxşılaşdırılmalı olan sahələr var. Azərbaycan yetkililərinin qurbanların ədalətli yardıma əlçatımını, mövcud təzminat mexanizmalarını yaxşılaşdırmaq üçün addımlar atmağa çağırır.

Eləcə də, hesabatda insan alveri qurbanlarına işçi bazarında təsirli əlçatımı gücləndirmək, sosio-ekonomik iştirakçılığı irəlilətmək üçün daha çox addımın atılmasının gərəkli olduğu vurğulanır.

 

Qurum Azərbaycanda nizamsız köç və miqrantlar arasında proaktiv təşxis cəhdlərinin əksikliyini narahatlıqla qeyd edib.

Azaərbaycan rəsmilərini qurbanları təsbit edərək bu addımları sürətləndirməyə səsləyir.

Dövlət sığınacaq evlərində qalma da daxil olmaqla yardım tədbirlərinin, qurbanların hüquq-mühafizə orqanları ilə işbirliyi etmə istəklərinə bağlı olmamasının təmin edilməli olduğu bildirilir. 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info