Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Kamran Əliyevə məktub yazıb

  • By admin
  • 10 İyul 2026 10:44

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Michael O’Flaherty Baş prokuror Kamran Əliyevə məktub yazıb.

Komissarın ofisindən Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, məktubda Azərbaycanda insan haqlarının durumuna diqqət yönəlib.

Mənim mandatım Avropa Şurasına üzv olan bütün dövlətlərdə insan hüquqlarının səmərəli şəkildə təmin edilməsinə töhfə verməkdir. Fəaliyyətimin mühüm hissəsini üzv dövlətlərin hakimiyyət orqanları ilə dialoq aparmaq və onlara insan hüquqları üzrə öhdəliklərin qanunvericilikdə və praktikada həyata keçirilməsində mövcud ola biləcək çatışmazlıqların aradan qaldırılmasında yardım göstərmək təşkil edir” yazan komissar daha sonra insan hüquqları müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan cinayət təqiblərindən narahatlığını ifadə edib.

Komissar bildirib ki, məhkəməyə qədər həbs müstəsna tədbir kimi tətbiq edilməlidir və onun zəruriliyi beynəlxalq insan hüquqları standartlarına uyğunluğun təmin edilməsi məqsədilə mütəmadi şəkildə yenidən qiymətləndirilməlidir.

 

Günay Mahirqızı

Gununsesi.info