Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il mayın 1-nə olan məlumata görə 88 milyard ABŞ dollarına yüksəlib.
Gununsesi.info xəbər verir ki, bunu Azərtac-a müsahibəsində maliyyə naziri Sahil Babayev bildirib.
Nazirin sözlərinə görə, bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 111 faizinə bərabərdir.
O qeyd edib ki, strateji valyuta ehtiyatlarının ÜDM-dən yüksək olması dünya təcrübəsində nadir hallarda müşahidə edilir və Azərbaycanın makroiqtisadi dayanıqlılığının göstəricisidir.







