Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir- Elgün Cavadov

  • By admin
  • 18 May 2021 12:07

Bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə bit qrup media nümayəndəsi yeni açılmış Bakı-Qəbələ sürət qatarı ilə ilk səfərini edib.

Gununsesi.info-nun əməkdaşı xəbər verir ki, jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov deyib ki, Ləki–Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir: ” Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir”.

Onun sözlərinə görə, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının göstərilməsi, artırılması baxımından gələcəkdə önəmlidir:

“Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə distansiyalardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetəri qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir”.

Səbinə Abdullayeva