Azərbaycan – Ukrayna matçı üçün satılan biletlərin sayı açıqlandı

  • Müəllif: Şəbnəm
  • 09 Sentyabr 2025 13:56

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin D qrupunun II turunun Azərbaycan və Ukrayna milli komandaları arasında Bakıda keçiriləcək oyununa biletlər hələ də satışdadır.

Gununsesi.info xəbər verir ki, indiyədək ümumilikdə 7 500 bilet satılıb.

Azərbaycan – Ukrayna oyunu bu gün 31 mindən çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda bu gün keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

 

 

Gununsesi.info